Xəzər dənizində keçirilən monitorinqlər başa çatıb. Bu barədə noyabrın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Monitorinqlər nəticəsində Xəzər dənizinin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib.
Tədqiqatlar neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, eyni zamanda Cənub-Şərqi Qoltuk, Kür dili və Lənkəran məntəqələrində aparılıb.
Monitorinqlər zamanı 19 məntəqə üzrə su, zooplankton, bentos və dib çöküntüsü olmaqla, 208 nümunə götürülüb, hidrometeoroloji ölçmələr aparılıb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti təhlil edilib, quşların miqrasiyasının vizual müşahidəsi keçirilib, su bioloji resurlarının ehtiyatları öyrənilib.