Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında, Mil-Qarabağ kollektorunda, Şəmkir və Mingəçevir su anbarlarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə Apa 18 yanvar tarixində məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Ağcabədi rayon sakinləri Adəm Hüseynov və Murad Məmmədov, Xaçmaz rayon sakini Rahim Əliyev, Mingəçevir şəhər sakini Teymur Kərimov, Salyan rayon sakini Cavid Cəfərov, Şirvan şəhər sakini Güləhməd Əhmədov olduqları müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 444 metr uzunluğunda 25 ədəd sintetik tor götürülüb:
“Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində, nəzərdə tutulmayan yerlərdə ov etdiklərinə və qaydaları pozduqlarına görə, Bərdə rayon sakinləri Aqşin Səfərov və Mənsur Babaşov, Bakı şəhər sakini Azad Azadov, Xaçmaz rayon sakinləri Slavik Eyvazov, Arzu Qurbanov və Taleh Sənanoğlu saxlanılıblar. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.