Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntıları altından 2 nəfəri sağ çıxarıb.
Bu barədə 14 fevral tarixində Report məlumat verib.
Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.