Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıblar. Bu barədə 13 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, FHN-in qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasını və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.