Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıblar. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 17 fevral tarixində məlumat verir.
Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yollanan FHN xilasediciləri zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Əməliyyatlar nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.