"Azərbaycan qardaş Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə qruplarını göndərib". Bu barədə 7 fevral tarixində Report Xarici İşlər Nazirliyi məlumat verib.
Qeyd olunub ki, 100-dən çox xilasedici mütəxəssisdən ibarət ilk qrup öz avadanlıqları ilə birlikdə Türkiyə xilasetmə işlərinə kömək etmək üçün zəlzələ bölgəsindədir.
"Biz səninləyik, Türkiyə!", - XİN-dən qeyd olunub.
Azerbaijan sent its rapid response search & rescue units to earthquake-hit regions of brotherly #Türkiye. First team of 100's of rescue specialists along w/their equipment are in ?? to help w/relief efforts.
We are with you, Türkiye! ????#BirMillətİkiDövlət #TekMilletİkiDevlet pic.twitter.com/2qSWMuQzvm
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) February 7, 2023