Xırdalanda soyğunçuluq əməli törədən şəxs ələ keçib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 14 yanvar tarixində xəbər verir.
Abşeron rayon polisi Xırdalan şəhərinin Quşçuluq yaşayış sahəsində bir qadının 580 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Şənlik Qasımovu müəyyən edərək saxlayıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.