Xırdalan şəhərində saxta əsginas hazırlayan şəxs saxlanılıb. Bu barədə 14 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Xırdalan şəhərində yaşayan Qleb Kulikinin yaşadığı evə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb.
Faktla bağlı “saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma” maddəsi ilə cinayət işi başlanılıb.