Xocalıda avtomobil dərəyə aşıb, şirkət əməkdaşı xəsarət alıb. Bu barədə 4 fevral tarixində Report məlumat verib.
Hadisə rayonun Çanaqçı kəndi ərazisində baş verib.
Araşdırmalar zamanı məlum olub ki, "Gədəbəy Sular" MMC-də sürücü işləyən Bərdə rayon sakini Mahir Sadıqov idarə etdiyi "Hyundai" markalı yük avtomobili ilə idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.
Yaralıya ilkin tibbi yardım göstərilib və o, Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.