Mingəçevir şəhərinin Energetiklər yaşayış massivində yerləşən 17 nömrəli “Fidan” Körpələr Evi və Uşaq Bağçası baxımsız hala düşüb. Bu barədə Report 13 aprel tarixində xəbər verib.
Bir müddət əvvəl güclü yağışlardan sonra müəssisənin həyəti subasmaya məruz qalıb. Eyni zamanda bağçanın həyətindəki tikili aşıb və bu da ərazidə sərbəst hərəkətə maneələr yaradıb.
Həyətin yağış suları ilə dolması səbəbindən yaranmış fəsadlar hələ də aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə sektorundan bildirilib ki, bağçadakı mövcud vəziyyətdən xəbərdardırlar.
Problemin aradan qaldırılması istiqamətində yaxın günlərdə əsaslı işlərə başlanılacaq.
[caption id="attachment_112450" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]