Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşınında yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirli Türkiyəyə göndəriləcək. Bu barədə Qafqazinfo 11 fevral tarixində xəbər verib
S.Bəşirli növbəti dəfə yardım aparan zaman həmin məkanda türkiyəli iş adamları ilə görüşüb.
“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin sədri Hüseyn Büyükfırat həmyerlimizə Türkiyənin Adıyaman şəhərində yardımla bağlı işlərdə iştirak edə biləcəyini bildirib.
Məlumata görə, Adıyamanda Azərbaycandan göndərilən yardımların paylanması ilə bağlı mərkəz yaradılacaq: “Sərvər qardaşımızı da 1-2 gün içərisində orada çalışması üçün göndərəcəyik”.
Sərvər Bəşirli daha əvvəl “Anadolu” agentliyinin müxbirinə verdiyi açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə gedib könüllü olaraq kömək etmək istədiyini bildirib.