Milli Məclisdə "Yaşıl Qarabağ" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu, parlamentin İnsan Hüquqları Komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Bu barədə 25 yanvar tarixində APA məlumat verib.
Qeyd edilib ki, parlamentin İnsan Hüquqları Komitəsində sessiya müddətində xarici ölkələrin parlamentlərinin insan hüquqları komitələrinin iştirakı ilə Milli Parlamentlər, ekoloji insan hüquqları və davamlı inkişaf - "Yaşıl Qarabağ" beynəlxalq konfransının keçirilməsi nəzərdə tutulur.