Bakıda nişanlı qız məktub yazıb intihar etdi. Bu barədə 16 yanvar tarixində Oxu.az məlumat verib.
Hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Qobu Park-1” yaşayış massivində baş verib.
Əldə edilən məlumata görə, Samidə Qabillinin meyitinə baxış keçirilərkən üzərindən məktub aşkarlanıb.
Məktubda isə ölümündə heç kimin günahının olmadığı, atasının itkisinə dözməyərək, intihar etdiyi öz əksini tapıb.
Həmçinin intihar edən şəxsin nişanlı olduğu və toy gününün yaxın günlərə təyin olunduğu da bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.