İmişlidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə noyabrın 24-də DİN-dən bildirilib.
Belə ki, rayon sakini, 53 yaşlı Eldəniz Nəsirov yaşadığı evin yaxınlığında saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanıb.
E.Nəsirovun yaşadığı ünvana keçirilən baxış zamanı oradan 6 kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. E.Nəsirov bundan əvvəl də müxtəlif cinayətlərə görə yeddi dəfə məhkum olunub.