Ötən il dekabrın 31-də paytaxtın Səbail rayonunda oğurluq edən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 16 fevral tarixində xəbər verir.
Səbail rayonu ərazisində keçirilən bayram yarmarkasında insanların sıx olduğu yerdə 3 qadının müxtəlif markalı mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs tutulub. O, paytaxt ərazisində yaşayan Biləsuvar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 24 yaşlı Ağamoğlan Abdalovdur.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.