Yevlax rayonunun Hacıselli kəndində yaşayan şəxs itkin düşüb. Bu barədə 4 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən il dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edib və bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu - 172 santimetr, gözlərini rəngi - qəhvəyi, qısa qara saçlı, orta bədən quruluşu. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub.
“Şəkildəki şəxsi tanıyanlardan Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur”, - məlumatda bildirilib.