Yevlaxda avtomobil iki qadını vurub. Bu barədə Apa 27 mart tarixində xəbər verib.
Rayonun Nizami prospektində 32 yaşlı Ruslan Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 48 yaşlı Səbinə Ələsgərova və 61 yaşlı Bəsdi Mirzəyevanı vurub.
Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.