Yevlaxda oğurluq edən rayon sakini saxlanılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş M.Yusifov saxlanılıb. O, mağazadan 1.530 manat pul, eləcə də “Kamaz” markalı avtomobildən akkumulyator oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.