Yevlaxda ötən il itkin düşmüş şəxsin meyiti tapılıb. Bu barədə 6 fevral tarixində Report məlumat verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Belə ki, ötən il rayon sakini, 1983-cü il təvəllüdlü Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.