Yevlax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu haqda dekabrın 9-da Report xəbər verib.
Hadisə rayonun Səmədabad kəndində baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ələsgərov Ramiq Oktay oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.