Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən sabiq polisin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə aprelin 1-də Report xəbər yayıb.
Məhkəmənin baş tutacağı tarix hələ qərarlaşdırılmayıb.
2021-ci ilin noyabr ayında Bakının Sabunçu rayonunda sabiq polis serjantı “Toyota” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgərini vurub.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsilə cinayət işi başlanılıb.