Kristo Kapodistria Yunanıstanın Azərbaycanda yeni səfiri təyin edilib. Bu barədə 7 dekabr tarixində Report məlumat verib.
Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov yeni səfirlə görüşüb.
“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım Kristo Kapodistriaya Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıram!”, - A.Hüseynov feysbuk səhifəsində yazıb.
Yunanıstanın yeni səfirinin yaxın vaxtlarda Bakıya gələcəyi gözlənilir.
K.Kapodistria Yunanıstanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində Nikolas Piperiqosu əvəz edəcək.