Zəfər Günündə ölkədə 21 min ağac əkilib. Bu barədə noyabrın 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Ağaclar Sabirabad, Bərdə, Ağcabədi və Şəmkir rayonlarında yerli iqlim şəraitinə uyğun olaraq əkilib. Həmçinin 100 kiloqramdan çox toxum səpilib.