Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb, onu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib. Bu barədə 3 aprel tarixində Müdafiə Nazirliyi məlumat verib.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Sonda müdafiə naziri S.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.