Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı həkimin adı verildi.
Bu barədə 11 fevral tarixində “Qafqazinfo” məlumat verib.
“4 günlük yuxusuzluq, yorğunluq və stresdən sonra hisslərimi ifadə etmək çətindir. Zəlzələ bölgəsində doğulan körpəmizə valideynləri mənim adımı verdilər. Allah balaca körpəmizə gözəl həyat nəsib etsin”, - cərrah Elvin İsazadə bildirib.