Zəlzələdə həyatını itirmiş azərbaycanlı tələbələrin dəfn yerləri açıqlanıb. Bu barədə 15 fevral tarixində Oxu.az məlumat verib.
Belə ki, Malatya şəhərindəki İnönü Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi Samir Quliyevin ailəsi Gədəbəydə yaşayır. Mərhum həmin rayonun qəbiristanlığında son mənzilə yola salınacaq.
Universitetin magistr tələbəsi Gündüz Nəzərzadə Sumqayıt şəhərində, 4-cü kurs tələbəsi Hüman İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.
Universitetin sonuncu kursunda təhsil alan Şahin Vəliyev Gəncədə dəfn olunacaq.