Zəngilan aeroportunda sərhəd-buraxılış məntəqəsi yaradılacaq. Bu haqda yanvarın 26-da Apa-ya istinadən məlumat veririk.
Bununla bağlı baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına əlavə edilib.