top
Zəngilanın işğaldan azad edilməsindən 5 il ötür
19 oktyabr 2025, 13:01
- ↺ +

Zəngilanın işğaldan azad edilməsindən 5 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Düz beş il əvvəl bu gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərinin erməni işğalından azad edildiyini elan etdi. On minlərlə zəngilanlı və milyonlarla azərbaycanlı düz 27 il bu xəbəri gözləmişdi. 27 il idi ki, Araza yaxın yerləşən qəsəbələr, kəndlər, Bəsutçay qoruğu, 83 kənd, 5 qəsəbə həsrətlə zəngilanlıların yenidən yurda qayıdacağını gözləyirdi. O gün 2020-ci ilin 20 oktyabr tarixində reallaşdı. Bu, zəngilanlıların ömrünə, gününə, həyatına birdəfəlik həkk olan tarix idi% 20.10.2020.

Zəngilan həm strateji mövqeyinə, həm də təbii zənginliklərinə görə çox əhəmiyyətli rayondur. Ərazidə onlarla dini-tarixi abidə var. Eyni zamanda zəngin qızıl yataqları ilə də məşhurdur. Bundan başqa, keçilməz meşələri, Avropanın ilk təbii şərq çinarı meşəsi, bol sulu çayları da bu rayonun əhəmiyyətini bir daha vurğulayır.

Zəngilan toponimi

Zəngilan ən qədim insan məskənlərindən biridir. Bəs bu ad, toponim necə yaranıb? Ərazi Zəngəzur ərazisi olduğu üçün “zəng”, “zəngi” sözünə xüsusi diqqət yetirmək lazımdır. Bu rayonun adı ilə bağlı bir çox versiyalar olsa da, onlardan ən ağlabatanı qədim tayfanın adı olan “zəngi” sözü ilə “lan” yəni məkan bildirən sözün birləşməsindən yaranmasıdır. Digər versiyalardan birinə görə isə, İran ərazisində Bəxtiyarlılar adlı tayfalarla bağlıdır. Onlardan birinin adı “zəngi” olub. XVI-XVII əsrlərdə bu əraziyə köç edərək yurd salıblar və sonradan tayfanın adına “lan” şəkilçisi əlavə edilib.

Tarixi

Yuxarıda da qeyd etdiyimiz kimi, rayonun ərazisində ən qədim insan məskənləri var. Məsələn, Ağalı kəndində yerdənqazma sığınacaq-kahaların tapılması da bunu sübut edir. Amma nədənsə sovet hakimiyyəti illərində arxeoloji qazıntılar aparılmayıb. Bu kahaların ilk quldarlıq dövrünə aid olduğu ehtimal edilir və “Ağalı kahaları adlanır”. Sonradan ərazidən qoyun-quzu saxlamaq üçün istifadə edilib.

Bundan əlavə, Yeməzli kəndi ərazisində də küp qəbirlər və qədim əşyalar da tapılıb. Artefaktların eramızdan əvvəl IV-II əsrlərə aid olduğu ehtimal edilir. Küplərdən tapılan və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

VII- VIII əsrlərə aid “Ağoyuq” düzündəki Koroğlu daşı, XII əsrə aid Şəhri Şərifan və IV əsrə aid Məmmədbəyli türbəsi də Zəngilanın zəngin tarixə malik olduğunu sübut edir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Strateji mövqeyə malik rayon bir çox karvan və ticarət yollarının üzərində yerləşir.

Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları ərazinin qədimliyini bir daha sübut edir. 60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilib. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılıb. Sikkələrin isə qədim yunan mədəniyyətinə aid olduğu sübut edilib. Bu sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmişdir ki, bunların üz tərəfində hökmdarın başının şəkli həkk olunub. Arxa tərəfdə isə qədim Yunan allahlarından Zevs, Poseydon və Dionisin bütöv şəkli verilib. Şəkillərdə yan tərəflərdə yunanca Bazilevs (hökmdar) sözü yazılıb.

Zəngilan bu gün

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə məcburi köçkünlərin qayıdışı təmin olunub. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər