Azərbaycanda “Zeytun Pharmaceuticals” MMC barəsində cərimə protokolu yazılıb. Bu haqda aprelin 1-də Report xəbər yayıb.
Dərman şirkəti “mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi” maddəsinə əsasən cərimə edilib.
Protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Sözügedən maddə ilə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 1 500 manat məbləğində cərimə edilir.