top
XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır
28 iyul 2026, 13:09
- +

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Qarabağ bölgəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

XİN-in mətbuat katibi Ayxan Hacızadə yerli medianın bu barədə sualını cavablayıb.

Qeyd olunub ki, Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı növbəti dəfə səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.

Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.

Vurğulanıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:27

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:23

Səyyad Aran: Deputatların səlahiyyəti artırılmalıdır

Bütün Xəbərlər
Bu gün, 12:04

Xudavəng və Gəncəsər monastırları Albaniya tarixinin mühüm yadigarlarıdır

Bütün Xəbərlər
Bu gün, 11:05

Deputat: Yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir

Bütün Xəbərlər
Bu gün, 09:40

Nüvə yarışı-dünya hara gedir? - STATİSTİKA

Bütün Xəbərlər
Bu gün, 09:39

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:35

Ağdaşda yeniyetmə səhvən qonşusunu güllələdi

Bütün Xəbərlər
Bu gün, 09:30

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bütün Xəbərlər
Dünən, 10:00

1500 illik məzardan qızılla örtülmüş ayaqqabılar tapıldı - FOTO

Bütün Xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün Xəbərlər
19 sentyabr 2026, 18:19

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün Xəbərlər
19 sentyabr 2026, 15:47

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Bütün Xəbərlər
19 sentyabr 2026, 14:58

26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır

Bütün Xəbərlər
19 sentyabr 2026, 14:56

Bazar günü arabir yağış yağacaq

Bütün Xəbərlər
19 sentyabr 2026, 11:24

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün Xəbərlər
19 sentyabr 2026, 00:01

Bu gün Antiterror tədbirlərinin başlanmasından 3 il ötür

Bütün Xəbərlər
18 sentyabr 2026, 22:33

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Bütün Xəbərlər
18 sentyabr 2026, 20:20

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Bütün Xəbərlər
18 sentyabr 2026, 19:37

Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Bütün Xəbərlər
18 sentyabr 2026, 19:20

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Bütün Xəbərlər
18 sentyabr 2026, 19:03

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bütün Xəbərlər
18 sentyabr 2026, 16:10

Sabah rayonlarda arabir yağış yağacaq

Bütün Xəbərlər
18 sentyabr 2026, 10:08

"Formula 1" ilə əlaqədar Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yollar - SİYAHI

Bütün Xəbərlər
18 sentyabr 2026, 09:34

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək

Oxşar xəbərlər