top
Bərdədə müəllimə TikTokdakı təhqirə görə cəzalandırıldı
Bu gün, 15:53
- ↺ +

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb.

1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, G.R "TikTok" sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşımlar və canlı yayımlar zamanı kişinin şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirib, onun keçmiş həyat yoldaşı və uşaqları barədə də təhqiramiz fikirlər paylaşıb.

Şikayətçi bildirib ki, G.R. uzun müddət onu şantaj edib, sosial şəbəkələrdə haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, ailəsinin nüfuzuna xələl gətirib. Buna görə müəllimənin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

G.R. isə ittihamları qəbul etməyib. O, tərəflər arasında şəxsi münaqişənin olduğunu, Şahinin də onu narahat etdiyini iddia edib. Müəllimə həmçinin "TikTok" səhifələrini bağladığını bildirib və himayəsində iki azyaşlı uşağının olduğunu, onlardan birinin ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək məhkəmədən yüngül cəza istəyib.

Məhkəmə araşdırması zamanı sosial şəbəkədə yayılan görüntülər tədqiq edilib və G.R.-nın şikayətçiyə qarşı təhqiramiz ifadələr işlətməsi sübuta yetirilib. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlansa da, şikayətçi onun cəzalandırılmasında israr edib.

Məhkəmənin hökmü ilə G.R. 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulacaq.

Mənbə: Qaynarinfo.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Bu gün, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Bu gün, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Bu gün, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Bu gün, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Oxşar xəbərlər