Dünyada sirk ustalarının istifadə etdiyi birtəkərli velosipedlərdə (unisikl) basketbol və hətta xokkey yarışları keçirilir.
İnsanoid.com xəbər verir ki, bu oyunların qaydaları klassik idman növlərindən demək olar ki, fərqlənmir. Yeganə fərq bütün oyun boyu tək təkər üzərində müvazinəti saxlamaq (hərdən ciddi ağrılara səbəb olan yıxılmalara dözmək) məcburiyyətidir.
Qeyd edək ki, bu idman növləri üzrə hər iki ildən bir dünya çempionatları da təşkil olunur. 2026-cı ildə keçirilən son turnirdə 40-dan çox ölkənin komandası iştirak edib.