Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb. İnsanoid bu barədə 30 iyun tarixində Report.az-a istinadən xəbər verir.
Məlumata əsasən, 1 barel neftin dəyəri 0,07 ABŞ dolları, yaxud 0,09 % azalaraq 76,97 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 74,64 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.