Naxçıvanda dövlət fondu yaradılıb. Bu barədə 6 oktyabr tarixində İnsanoid xəbər verir.
Onun yaradılması ilə bağlı Fərmanı Muxtar Respublikanın Ali Məclisi Sədrinin müavini Anar İbrahimov imzalayıb.
Təbii ehtiyatlardan səmərəli istifadə olunması, mineral xammal bazasının bərpası, ətraf mühitin və yaşıllıqların mühafizəsinin təmini məqsədilə yaradılan fondun əsasnaməsi də təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.