Neftçala rayon sakinindən avtomat götürülüb.
İnsanoid Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəllər narkotiklərə görə məhkum olunmuş Amil Hüseynov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 14 ədəd patron və 1 ədəd patron darağı aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb.