Ermənistan ordusunda narkotik alveri ilə məşğul olanların sayı sürətlə artır.
İnsanoid.com “Hraparak” qəzetinə istinadən xəbər verir ki, narkotik satanların əksəriyyəti məcburi çağırışçılardır.
“Orduda narkotiklərin yayılması qapalı mövzudur, heç vaxt rəsmi nəşr olunmur. Amma əlimizdəki sənədə görə, satış sürətlə artır. Hərbi prokurorluğun araşdırmasına görə, 2021-2023-cü illər ərzində Ermənistan ordusunda 600-ə yaxın hərbçinin bu əməli ifşa olunub”, - deyə nəşr bildirib.
2021-ci illə müqayisədə 2023-cü ildə narkotik aludəçisi olan hərbçilərin sayı iki dəfə artaraq 220-yə çatıb. Bu il neçə hadisənin qeydə alındığı hələ məlum olmasa da, prokurorluqdan bildirilib ki, hər il əvvəlki illə müqayisədə hərbçilər tərəfindən narkotik vasitələrdən istifadə və qanunsuz dövriyyə halları artır:
“Hərbi qulluqçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdikləri izahatlarda narkotik vasitələri və psixotrop maddələri yığdıqlarını, yaxud sosial şəbəkələr vasitəsilə əldə etdiklərini bildiriblər”.