Ağdam rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən insident qeydə alınıb.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, Ağdam rayonunda Habil Şıxıyev münaqişə zəminində həmyerlisi, 1979-cu il təvəllüdlü Zülfüqar Əliyevə kəsici alət ilə xəsarət yetirib.
H.Şıxıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Firuzə Babayevə