Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Kia” markalı avtomobildən pul kisəsini oğurlayan Şahin Qarayev saxlanılıb.
İnsanoid.com xəbər verir ki, araşdırmalarla adıçəkilən şəxsin zərərçəkmişə 2 000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.