Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə polisə məlumat daxil olub.
İnsanoid Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Cinayət əməlini törətməkdə N.Çıraqovanın övladı, 2003-cü il təvəllüdlü Çıraqov Rəşad Xalid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.