Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb.
İnsanoid.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, paytaxtın Suraxanı, Sabunçu, Xətai, həmçinin Saatlı, Samux, Şabran və Qəbələ rayonlarında keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.