Rusiyanın Stavropol şəhərində həkimlər başına bıçaq batan şəxsin həyatını xilas ediblər.
Yeniyetmə ilə mübahisə edən şəxs xəsarət alıb - 17 yaşlı oğlan onun başına bıçaqla zərbələr endirib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, bıçağın iti hissəsi onun alnına dəyib. Belə vəziyyətdə olan yaralını xəstəxanaya çatdırarkən çox diqqətli olmaq lazımdır. Çünki səhv bir hərəkət insanın ölümünə səbəb ola bilər.
Həkimlər xəstənin vəziyyətini stabilləşdirərək onu xəstəxanaya çatdıra biliblər.
Həkimlər bıçağı kişinin başından çıxardılar və o, sağ qaldı. Qarşıda isə uzun bir bərpa prosesi onu gözləyir.