Çuvaşıstanda Şaxta baba geyimində olan şəxs mağaza sahibini güllələyib. Bundan əvvəl o, qurbanı ilə selfi çəkdirib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, dünən silahlı şəxs mağazaya daxil olub və onun sahibi olan 44 yaşlı iş adamına atəş açıb. O, yerindəcə dünyasını dəyişib.
Bir neçə saat sonra hücum edən şəxs saxlanılıb. O, kostyumu sui-qəsd üçün geyindiyini etiraf edib.