Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Bu barədə 8 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 6-da və 7-də Xankəndi şəhəri ərazisində 3 ədəd avtomat silah, 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1 576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.