Yevlax şəhərində qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, şəhərdə keçirilən toy mərasimlərinin birində Rüstəm Babayev adı şəxs bibisi oğlu Oqtay Kazımov ilə şəxsi münasibətlər zəmnində mübahisə edib.
Daha sonra Rüstəm Babayev Oqtay Kazımovun evinə gələrək onun qarın boşluğuna bıçaqla xəsarət yetirib.
Rüstəm Babayev törətdiyi əmələ görə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Vahid