Zaqatalada 4 tona yaxın çətənə kolu məhv olunub.
İnsanoid Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, Dardoqqaz kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 3 ton 700 kiloqram olan 3 083 ədəd çətənə kolu yandırılaraq məhv olunub.