Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar. Bu barədə 1 iyun tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin 7 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1 850 manat ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb. Q.Şamilov və S.Adıgözəlov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.