Norviç şəhərində yaşayan Rozi adlı pişik Ginnesin Rekordlar Kitabına düşə bilər. Bu barədə 8 aprel tarixində Oxu.az xəbər yayıb.
Pişiyin sahibi 72 yaşlı Lila Brisset onu 1991-ci ildən saxlayır. Onun hazırda 31 yaşı olsa da, bütün dişləri yerindədir. Pişiyə görə ömründə cəmi iki dəfə baytara müraciət edilib: 1990-cı illərdə sterilizasiyaya və 2018-ci ildə kistaya görə.
Rozinin iyunda 32 yaşı olacaq. O, 2022-ci ildə Ginnesin Kitabı tərəfindən ən yaşlı pişik kimi tanınan Flossidən 5 yaş böyükdür.
Brissetin dediyinə görə, pişik bütün günü pəncərənin yanında yatır:
“Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs aldığını yoxlamalı oluram. Onun ölümü həyatımda böyük bir boşluq buraxacaq”.