Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6 837 ailə var. İnsanoid Report-a istinadən məlumat verib.
Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub.
- Belə ki, ölkədə 1 347 534 çoxuşaqlı ailə var. Onların 54%-i şəhər yerlərində, 46%-i isə kənd yerlərində yaşayır.
- Biruşaqlı ailələrin sayı 422 989-dur, onlardan 57%-i şəhər yerlərində, 43%-i kənd yerlərində yaşayır.
- İkiuşaqlı ailələrin sayı 557 min 814-dür, onlardan 53%-i şəhər yerlərində, 47%-i kənd yerlərində yaşayır.
- Üçuşaqlı ailələrin sayı 256 261-dir, onlardan 52%-i şəhər yerlərində, 48%-i kənd yerlərində yaşayır.
- Dörduşaqlı ailələrin sayı 71 151-dir, onların 52%-i şəhər yerlərində, 48%-i kənd yerlərində yaşayır.
- Beşuşaqlı ailələrin sayı 23 150-dür, onların 49%-i şəhər yerlərində, 51%-i kənd yerlərində yaşayır.
- Altı uşağı olan ailələrin sayı 9 332-dir, onların 46,5%-i şəhər yerlərində, 53,5%-i isə kənd yerlərində yaşayır.
- Yeddi və daha çox uşağı olan ailələrin sayı 6 837-dir. Onların 41%-i şəhər yerlərində, 59%-i isə kənd yerlərində yaşayır.