Tədqiqatçılar səmada ildırımı vurmağı bacarıblar. Bu haqda 6 oktyabr tarixində İnsanoid məlumat yayıb.
Bunun üçün onlar güclü lazerdən istifadə ediblər. Bu tədqiqat elm tarixində bir ilk olub. Sözügedən üsulla ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısı alına bilər.
Güclü lazer ildırım çubuğuna dəyməzdən əvvəl onu təqribən 60 metr istiqamətləndirib. Yeni aparatı sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazeri İsveçrədəki 2000 metr yüksəklikdəki Santis dağının zirvəsinə gətiriblər.
Bu yerin üstünlüyü ildə ən azı 100 dəfə ildırım vurmasını etibarlı şəkildə qəbul edən 400 metrlik rabitə qülləsidir.