Məşhur amerikalı futuroloq Rey Kurtsveyl insanların səkkiz ildən sonra ölümsüzlüyə çatacağını proqnozlaşdırıb. Bu barədə 3 aprel tarixində Media.az Daily Mail-a istinadən məlumat verib.
Bildirilir ki, əvvəllər onun 147 proqnozunun 86%-i doğru olub.
Futuroloqun sözlərinə görə, 2029-cu ildə süni intellekt Türinq testindən keçdikdən sonra ölümsüzlüyə nail olmaq mümkün olacaq.
Türinq testi maşının insan davranışına ekvivalent və ya ondan fərqlənməyən ağıllı davranış nümayiş etdirmək qabiliyyətinin sınağıdır.
1990-cı ildə Kurtsveyl 2000-ci ilə qədər dünyanın ən yaxşı şahmatçısının kompüterə uduzacağını proqnozlaşdırdı. Bu hadisə isə 1997-ci ildə baş verdi - “Deep Blue” Harri Kasparovu məğlub etdi.